Image default
DünyaSiyasət

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə sazişini təsdiqlədi

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə mülki nüvə proqramının inkişafını nəzərdə tutan 30 illik sazişi təsdiqlədiyi iddia olunur.

The Wall Street Journal qəzetinin adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, razılaşma Səudiyyə Ərəbistanında mülki nüvə proqramının qurulmasını və gələcəkdə uranın zənginləşdirilməsi imkanlarının yaradılmasını nəzərdə tutur.

Məlumata əsasən, dəyərinin on milyardlarla dollar olacağı gözlənilən saziş çərçivəsində Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun inkişafında ABŞ şirkətlərinə əsas rol veriləcək. Tərəflərin birgə qiymətləndirməsi nəticəsində zəruri hesab olunacağı təqdirdə, Amerika şirkətlərinin bu ölkədə uran zənginləşdirmə müəssisəsi yaratmasına da icazə verilə biləcəyi bildirilir.

ABŞ administrasiyası hesab edir ki, bu mexanizm Vaşinqtona Səudiyyə Ərəbistanının nüvə proqramı üzərində nəzarət imkanları yaradacaq və proqramın hərbi məqsədlərlə istifadə olunmasının qarşısını almağa kömək edəcək.

The Wall Street Journal yazır ki, sözügedən sazişin yaxın günlərdə ABŞ Konqresinin müzakirəsinə təqdim olunacağı gözlənilir. Rəsmi Vaşinqton və Ər-Riyad isə hələlik bu məlumatla bağlı açıqlama verməyib.

Mənbə: The Wall Street Journal

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Dövlət Duması İlham Əliyevin Bakıdakı görüş açıqlamasını şərh etdi

Aynur Camal

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifədən azad etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu