25 C
Baku
27 İyul 2024, 4:29
Dünya

Xəstəxanalara yanacaq yardımı üçün çağırış etdilər

Qəzzanın Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanası beynəlxalq qurumları xəstəxanaya yanacaq yardımı etməyə çağırıb.

Əqsa Şəhidləri Xəstəxanasının Qəzzanın mərkəzi hissəsində səhiyyə xidməti göstərən yeganə xəstəxana olduğuna diqqət çəkən xəstəxana həkimlərindən Raid Hüseyn, 150 çarpayılıq xəstəxananın fövqəladə vəziyyətlərdə 200 çarpayıya yüksələ biləcəyini, lakin Yeni köç dalğasında bu anda 600 xəstə xəstəxanada müalicə görür.

Gündəlik 3 min 500 litr yanacağa ehtiyac duyduqlarını deyən Hüseyn, daha əvvəl xəstəxanaya hər gün və ya iki gündən bir Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatı (UNRWA) vasitəsilə təmin edildiyini söylədi. Son 5-6 gündür yanacaq verilmədiyini, yanacaq gəlmədiyini və çənlərdəki ehtiyat yanacaqdan istifadə etdiklərini bildirdi.

Xəstəxanada 600 xəstə və yaralı, 500 dializ xəstəsi, 24 vaxtından əvvəl doğulmuş körpə və 12 reanimasiya xəstəsi olduğunu və 5 əməliyyat otağının davamlı olaraq işlədiyini qeyd edən Hüseyn, xəstəxanada səhiyyə xidmətlərinin 48 saatdan az müddətdə dayanacağını bildirdi.

İsrail ordusunun Rəfaha hərtərəfli hücum təşkil edəcəyi təqdirdə Əqsa Şəhidləri Xəstəxanasının Qəzzanın mərkəzi hissəsində səhiyyə xidməti göstərəcək yeganə xəstəxana olacağını bildirən Hüseyn, beynəlxalq qurumları xəstəxanaya yanacaq yardımı etməyə çağırıb.

Hökumətin Qəzzadakı Media Ofisindən dünən verilən açıqlamada yanacağın 48 saat ərzində bitməsi səbəbindən Əqsa Şəhidləri Xəstəxanasında səhiyyə və tibbi xidmətlərin dayanacağı bildirilib.

Media ofisinin məlumatına görə, İsrail ordusunun oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda 33 xəstəxana və 54 sağlamlıq mərkəzi xidmətdən çıxıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İsveç polisi Quran kitabının yandırılmasına icazə verdi! – TƏXRİBAT

Teymur Əziz

İspaniyada ənənəvi Las Luminarias festivalında atlar atəşin içindən keçirilib

Aynur Camal

Yepiskopa hücum edən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu