Digər

Xərçəngə qarşı universal peyvənd yaradıldı

Bugun.tv xəbər verir ki, tədqiqatın nəticələri “Nature Biomedical Engineering” jurnalında dərc olunub. Konkret şiş növlərini hədəf alan ənənəvi yanaşmalardan fərqli olaraq, yeni peyvənd orqanizmin ümumi immun cavabını stimullaşdırır. O, immun hüceyrələrini “oyadır” və xərçəng toxumalarını hücum üçün daha həssas hala gətirir. Effektin gücləndirilməsi üçün peyvənd immun nəzarət nöqtələrinin inhibitorları ilə – müdafiə sisteminin “tormozlarını” götürən preparatlarla – birləşdirilib. Belə kombinasiyada terapiya şiş əleyhinə güclü reaksiya yaradıb və hətta bəzi müalicəyə davamlı şişləri tamamilə məhv edib. Peyvənd təkbaşına da müsbət nəticə göstərib, lakin ən yaxşı effekt məhz kombinasiyada əldə olunub. Hazırda tədqiqatçılar mRNT peyvəndinin yeni formulalarını hazırlayır və klinik sınaqlara hazırlaşırlar.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu