18 C
Baku
27 Aprel 2026, 12:08
Digər

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında iştirak edib – FOTOLAR

Kanal 20 TV xəbər verir ki, 25 aprel 2026-cı il tarixində Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli TESİADın İstanbulda keçirilən Məsləhət Şurasının iclasında iştirak edib.

Yüksək səviyyədə təşkil olunmuş tədbir Çamlıca Qülləsində baş tutub.

“ABŞ–İsrail–İran savaşının Türkiyə və dünya iqtisadiyyatına təsirləri” mövzusuna həsr olunmuş iclas TESİAD İdarə Heyətinin geniş tərkibdə iştirakı ilə keçirilib. Tədbirə Türkiyədən və dünyanın müxtəlif ölkələrindən qonaqlar qatılıb.

Toplantıda Türkiyənin tanınmış səfirləri, ehtiyatda olan tuğgenerallar, iş adamları, eləcə də Hollandiya, Makedoniya, Azərbaycan və digər ölkələrdən gələn nümayəndələr bölgədəki hərbi, siyasi və iqtisadi vəziyyətlə bağlı fikirlərini bölüşüblər.

İclası giriş sözü ilə TESİAD Yüksək İstişarə Şurasının sədri İlyas Bozkurt açıb.

Mətbuata qapalı keçirilən və təxminən 6 saat davam edən toplantıda geniş və maraqlı müzakirələr aparılıb. İclasdan sonra iştirakçılar İstanbulun mənzərəsini seyr edib, xatirə şəkilləri çəkdiriblər.

Xəzər Universiteti xəbər, Əlövsət Əmirbəyli TESİAD, TESİAD iclası İstanbul, Çamlıca Qülləsi tədbir, Türkiyə iqtisadiyyat müzakirəsi, ABŞ İsrail İran savaş təsiri, beynəlxalq iclas İstanbul, Azərbaycan nümayəndə heyəti, biznes forum Türkiyə, İstanbul son xəbərlər

Mənbə: Kanal20Tv

Aynur Camal

Oxşar xəbərlər

“Sevgi və sülh” yoqa festivalı davam edir

Aynur Camal

Arakçi: Müzakirələrdə İranın maraqları təmin olunmalıdır

Aynur Camal

İsraildə yeni siyasi ittifaq: Netanyahuya qarşı blok formalaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu