27 C
Baku
27 İyul 2024, 3:41
Baş xəbərSosial

Xaçmazda əlilliyi olan qadınlara və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə dair seminar olub

Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində növbəti seminar keçilib. Tədbir KOBİA-nın Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilib.

Seminar “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin məqsədi əlillyi olan qadınlara və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə, onlara qarşı zorakılıqla bağlı olub.

seminar
QHT sədri Məhluqə Rəhimova

Bu barədə QHT sədri Məhluqə Rəhimova Bugün.tv-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, seminarda əlilliyi olan qadınların və qızların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə əlaqədar yerli icma üzvləri ilə görüş olub. Bu diskriminasiyanın aradan qaldırılmasının yollarını müzakirə edilib. “Xaçmaz rayonunda fəaliyyət göstərən müxtəlif sahələrdən icma orqanları və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak etdilər. Seminar zamanı əlillik və cəmiyyətdə bu stereotiplər və səhv davranışlar haqqında məlumat verildi. Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürüldü. Onların qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirilən layihənin dəstəyi ilə bu sahədə görülən və körüləcək işlər, onların önəmliliyi, həlli yolları ilə bağlı müzakirələr aparıldı”, – deyə, QHT sədri vurğulayıb.

seminar
Təlimçi İradə Rizazadə

Seminar layihə üzrə təlimçi, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə tərəfindən keçirilib. O, əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıb. Onların hüquqlarının təmini və icmalar tərəfindən bu şəxslərə dəstəyin verilməsinin önəmi diqqətə çəkilib.

Keçirilən tədbirdə əlilliyi olan qadın və qızlara dəstək məqsədi ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları Pərviz Əmircanov, Taryel Didarov, KOBİA-nın Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin direktoru Azər Pənahov, DTSERA-nin Xaçmaz rayonu üzrə əməkdaşları, mədəniyyət işçiləri, digər müxtəlif sahələri əhatə edən dövlət qurumlarının nümayəndələri ilə birlikdə, ümumilikdə, 25 nəfər iştirak ediblər.

seminar
Tədbir iştirakçıları

Seminarda qarşılıqlı əməkdaşlıq, əlilliyi olan qadınların cəmiyyətə inteqrasiyası istiqamətində yeniliklər, rayon və kəndlərdə icmaların inkişafı istiqamətində görüləcək fəaliyyət proqramının işlənməsinin üzərində fikir mübadiləsi aparılıb.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Abituriyentlər ixtisas seçimi edərkən nələrə diqqət etməlidirlər? – EKSPERT MƏSLƏHƏTİ

Nigar Məmmədova

Azərbaycanın Çindəki səfirliyində səsvermə başlandı

Bugün TV

Fransada ərzaq məhsulları kəskin bahalaşdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu