Bugun.tv xəbər verir ki, bəstəkar Sevinc Tofiqqızı və Ümid Yeri Uşaq Sığınacağının təsisçisi Nigar Mənsimovanın təşəbbüsü ilə “ANA həsrəti” adlı yeni layihə işıq üzü görüb.
Sözügedən bu layihə Sevinc Tofiqqızının bəstələdiyi “ANA həsrəti” adlı mahnı üzərində qurulub.
Cəmiyyətin diqqətini bir daha körpəlikdən ailə qayğısından məhrum uşaqlara qayğı göstərməyə, onların səsinə səs verməyə çağıran bəstəkar Sevinc Tofiqqızının bu mahnısına Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova klip çəklişlərinin getdiyini deyib.
Müğənni həmçinin vurğulayıb ki, klipin rejissoru İntiqam Dadaşov, operatoru Orxan Ağaoğlu, montaj və color işləri isə Mətləb Fərzəli tərəfindən həyata keçirilib.
Bakı Sağlamlıq Mərkəzi və Ümid Yeri Uşaq Sığınacağında uşaqların iştirakı ilə lentə alınan layihənin musiqisi bəstəkar Sevinc Tofiqqızına, sözləri isə Samir Əflatunoğluna məxsusdur. Mahnının aranjemanı Fərahim Sadiq tərəfindən hazırlanıb.
Sevinc Tofiqqızı həmçinin bildirib ki, bu cür əsərlər uşaqlara sevgi, mərhəmət və ümid mesajı daşıyır: “Bir uşağın gülüşündə dünyanın ən saf sevgisi yaşayır”.
Qeyd edək ki, “ANA həsrəti” mahnısı və klipinin təqdimatı yaxın günlərdə baş tutacaq.



