27 C
Baku
27 İyul 2024, 3:23
Mədəniyyət

Xalq artısti: “Haqqımda deyilənlər yalandır!”

İllərdir, səhnədə olan, sevilən sənətkarımız Səidə Quliyeva onun haqqında yayılanların həqiqətə uyun olmadığını deyib.
Bugun.tv-yə açıqlama verən xalq artisti teatrdan çıxarılmadığını, hazırda Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirdiyini söyləyib. O, bunun yalan olduğunu, İlham Rəhimlinin səhvən onun adını çəkdiyini deyib. “Akademik Milli Dram Teatrında 45 ildir işləyirəm, heç vaxt mənə qarşı belə münasibət olmayıb. İllərdir, səhnədə öz zəhmətimin, dəyərimin qarşılığını almışam. Oynadığım obrazlar hər zaman tamaşaçılar tərəfindən sevilib, qəlblərdə və yaddaşlarda qalıb. Nə qədər sevilirəmsə, o qədər də öz tamaşaçılarıma minnətdarlığımı bildirəm”.
Səidə Quliyeva onu da bildirib ki, səhnədə yaş önəmli deyil. Sənətkarın canında imkan varsa, sağlamlığı yerindədirsə, ömrünün sonuna qədər səhnədə olmalıdır. Çünki tamaşaçıların sevimli aktyorlarıdır. “Sənətkarın qəlbi çox zərifdir, onlarla həmişə ehtiyatla davranmaq, qəblərinə toxunmamaq lazımdır”.

Bugün TV

Oxşar xəbərlər

Ankarada Azərbaycan mahnılarından ibarət konsert keçirilib

Bugün TV

“Kızılcık şərbəti” mövsüm finalına çıxır

Kəmalə Sultan

Akademik Milli Dram Teatrına yeni təyinat

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu