Image default
Baş xəbərMədəniyyət

Xalq artisti Vasif Adıgözəlov yad edildi

“Bu gün  Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli Vasif Adıgözəlovun anadan olmasının 90-cı ili tamam olur.

Ruhu şad olsun, hörmətlə yad edirik!”

Bugun.tv-xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva öz sosial media hesabında paylaşıb.

Deputat qeyd edib ki, Vasif Adıgözəlov ilk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Görkəmli bəstəkar Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışıb.

Bəstəkar 2 operanın – “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın – o cümlədən “Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara”, “Boşanaq – evlənərik”, “Aldın payını, çağır dayını”, həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

Xalq artisti Vasif Adıgözəlov 2006-cı ildə vəfat edib”.

Ülviyyə Həmzəyeva 

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Anar İsgəndərov: Həsən bəy Zərdabi ilə başlanan Milli Mətbuatımız

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu