23 C
Baku
22 İyul 2024, 2:17
Baş xəbər

Xankəndidə 14 silah aşkarlanaraq götürülüb

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Nazirliyin mətbuat xidmətindən Bugun.tv -yə verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlər nəticəsində iyunun 15-21-də polis əməkdaşları Xankəndi şəhəri ərazisində 14 avtomat, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 müxtəlif çaplı patron və digər sursatları aşkarlayaraq götürüblər.

Bugün TV

Oxşar xəbərlər

“Müdafiəsiz uşaqların səsi ol”

Aynur Camal

Prezident İlham Əliyev yeni sərəncam imzaladı

Kəmalə Sultan

Narkotiklə mübarizə milli təhlükəsizlik məsələsidir – AzMİU-da maarifləndirici görüş keçirilib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu