21 C
Baku
11 İyun 2025, 4:45
Baş xəbərSosial

Xarici diplomların tanınma qaydaları dəyişdi

Bugun.tv xəbər verir ki, xarici diplomlar artıq ölkəmizdə yeni qaydalar əsasında tanınacaq.

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən, ali təhsilin növbəti səviyyələri üzrə təhsili davam etdirmək və ya ixtisasına uyğun işləmək üçüm əldə verilən diplomların ölkəmizdə təsdiqinə dair tələblər müəyyən edilib.

Bu barədə Təhsilin Keyfiyyətinə Nəzarət Agentliyi məlumat yayıb. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və dissertasiya işi yazmayan şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək.

Yeni qaydaya, əsasən xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdiyi təhsil sənədlərinin azərbaycan dilinə tərcümə və təsdiqi tələb olunmayacaq.

Diplomların tanınması xarici ölkədə əldə edilən orta təhsil haqqında attestat və kollec diplomlarına da aiddir. Qərardan narazı olanlar isə Elm və tehsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən appelyasiya komitəsinə müraciət edə bilərlər.

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreya Yapon dənizinə çoxsaylı ballistik raketlər atdı

Aynur Camal

“Biz sülh istəyirik” sənədli filmi Mingəçevirdə ictimaiyyətə təqdim olundu.

Bugün TV

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi tələbələrlə görüş keçirib 

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu