Baş xəbərHadisə

Xidmət mikroavtobusu aşdı, 6 polis yaralandı

Bugun.tv xəbər verir ki, İstanbul Hava Limanında polis əməkdaşlarını daşıyan mikroavtobus yağış səbəbindən sürüşkən olan yoldakı baryerlərə çırpılaraq aşıb. Qəzada 6 polis əməkdaşı yüngül xəsarət alıb. Hadisə yerinə sağlamlıq, xilasetmə və çoxlu sayda polis qrupu sövq edilib. Yaralılar ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Qəza səbəbindən nəqliyyatın hərəkəti bir zolağa enib. Aşan mikroavtobusun hadisə yerindən çıxarılması işlərinə başlanılıb.

TRT Haberin məlumatına görə, yaralıların sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Təmiz su tələbi ilə etirazlar toqquşmaya çevrildi

Aynur Camal

104 yaşlı tısbağa əməliyyat olunacaq: Dünyanın hər yerindən ona dəstək mesajları gəlir

Aynur Camal

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu