24 C
Baku
28 Sentyabr 2026, 12:26
Baş xəbərHadisə

Xidmət maşını çırpıldı: 16 yaralı var

Bugun.tv xəbər verir ki, Tekirdağın Ergene rayonunda fabrik işçilərini daşıyan mikroavtobus hərbçilərin olduğu mikroavtobusun arxasına çırpılıb. Qəza nəticəsində 5-i hərbçi olmaqla 16 nəfər xəsarət alıb. Xəbər üzərinə bölgəyə jandarma, polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib. İşçilərin avtobusunda qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaralılar Çorlu Dövlət Xəstəxanasına çatdırılıb. Müalicə olunan yaralıların vəziyyətlərinin yaxşı olduğu öyrənilib.

TRT Haberin məlumatına görə, qəza ilə bağlı araşdırmalar davam edir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Avstraliyalı turistin axtarışı davam edir

Aynur Camal

Məhəmməd Əsədullazadə: Türkiyə-Azərbaycan qardaşlığı əbədidir

Aynur Camal

İlham Əliyev: 5 il ərzində Azərbaycanda bərpaolunan enerji hər yerdə olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu