Baş xəbərSosial

XİN 4 nəfəri persona-non-grata elan etdi

Bugun.tv xəbər verir ki, Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin 4 əməkdaşının persona-non-grata elan edilməsinə dair mətbuat məlumat yayıb.

Belə ki, bu gün İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Mənbə: XİN

Aynur Camal

Oxşar xəbərlər

QHT nümayəndələri “Loqos” rezidensiyasında və Qənirə Paşayevanın ev muzeyində oldular

Aynur Camal

Vüqar Bayramov: Zəngəzur dəhlizinin açılması Naxçıvana yeni iqtisadi imkanlar yaradacaq

Aynur Camal

Evi mənfi enerjidən təmizləməyin sadə üsulları açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu