“Ermənistan tərəfinin mövqeyi onun Azərbaycana qarşı törətdiyi cinayətləri inkar etməkdən ibarətdir”. Bugün.tv bildirir ki, bunu Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlər və qanunsuzluqlarla bağlı keçirdiyi birgə brifinqdə xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Xarici işlər nazirinin müavini qeyd edib ki, Ermənistanın törətdiyi cinayətlərə yanaşması bu cinayətləri törətməməsi ilə bağlıdır: “Təbii ki, Azərbaycan beynəlxalq təşkilatlardan müəyyən faktların araşdırılmasını tələb edir. Amma Ermənistana münasibətdə beynəlxalq təşkilatların Ermənistanın cinayətləri ilə bağlı oxşar mövqeyini görmürük. Xocalı kimi cinayətlərin şahidi olub onlara cavab verməmək ikiqat, üçqat və dördqat standartlardan xəbər verir. Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır.Təəssüf ki, qarşı tərəfdən də eyni yanaşmanı müşahidə etmirik. Ermənistanın 30 ildən artıqdır ki, davam edən cinayətləri araşdırılmalı və cavab verilməlidir”.