Xızı rayonunun ərazisindəki örüş sahəsindən sakinlərə məxsus atların ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri keçirilib. Təbirlər nəticəsində qeyd olunan oğurluqları törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Onların Bakı şəhər sakinləri Daşqın Qəmbərov, R.Hüseynov və E.Aslanov olduqları müəyyən edilib.
Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları satdıqlarını və əldə etdikləri pulu isə öz aralarında böldükləri etiraf ediblər.
Həmin şəxslərin digər rayonlarda da analoji əməllər törətmələri istisna edilmir.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.