Vukovarda mətbuat konfransında çıxış edən Xorvatiya prezidenti Zoran Milanoviç bildirib ki, Ukraynanın köməyi ilə ABŞ və NATO Rusiyaya qarşı müharibə aparır.
Bugun.tv xəbər verir ki, Zoran Milanoviç Moskvaya qarşı sanksiyaları absurd adlandırıb. O, deyib ki, sanksiyaların köməyi ilə heç nəyə nail olmaq mümkün deyil.
“Müharibədən müharibəyə keçirlər. Mən nə olmalıyam, Amerikanın qulu?”-deyə, Milanoviç ABŞ və NATO-nu ittiham edb.
Bundan əvvəl Zoran Milanoviç Ukrayna hərbçilərinin Xorvatiyada hazırlanması ilə bağlı yayılan xəbərlər haqqında mənfi fikirlər səsləndirib. Xorvatiya prezidenti qeyd edib ki, bu, Aİ üçün ağır nəticələrə səbəb olacaq.
Mənbə:TASS