6 C
Baku
2 Aprel 2023, 0:23
Baş xəbər

Xüsusi təyinatlı şəhid komandir Azər Mikayılovun anım günüdür

Xüsusi təyinatlı şəhid komandir Azər Mikayılovun anım günüdür 

Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub.

Bugün.tv xəbər verir ki, Azərbaycan Ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Qeyd edək ki, Azər Mikayılov oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində onun xüsusi xidmətləri olub. Düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını  qəhrəmanlıqla yerinə yetirib, hər bir döyüşdə şəxsi igidliyini və şücaətni şərəflə nümayiş etdirib.

Mayor Azər Mikayılov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Qarabağ”ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

ALLAH RƏHMƏT ELƏSİN!

Oxşar xəbərlər

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Bugün TV

Azərbaycan, İran və Rusiya beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcəklər

Aynur Camal

Ağdamda iki nəfər minaya düşərək həlak olub

Aynur Camal

Şərh yazın