Sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsi qələbə ilə nəticələnərək bütün Azərbaycan xalqını sevincə qərq etdi. İllərdir həsrətində olduğumuz, 30 ildir düşmən tapdağında olan Qarabağımıza qovuşduq. Ərazi bütövlüyümüzü tamamilə bərpa etdik.
Şanlı Qələbədən sonra Azərbaycan bir daha bütün dünyaya öz gücünü sübut etdi. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı uğurlu siyasət və mərd oğullarımızın göstərdiyi şücaət, güc nəticəsində ölkə olaraq şanlı qələbəyə imza atdıq. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Bəli, Şuşa 30 ildən sonra düşmən işğalından qurtuldu. Mədəniyyət beşiyi füsunkar Şuşamızın düşmən tapdağından azad edildi.Xalqımızın 30 illik gözləntiləri, arzu və istəkləri reallığa çevrildi.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında mərd oğullarımız, igid əsgərlərimiz öz qanları, canları bahasına döyüşərək bu qələbəni xalqımıza əlçatan etdi.
Qalib ölkənin qalib gənci olaraq hər zaman Prezidentimin, xalqımın, əsgərimin yanındayam.Mən fəxr edirəm ki, bu ölkənin vətəndaşıyam !
Vətən uğrunda canından keçən, qəhrəmancasına döyüşən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ruhları şad, qəbirləri nurla dolsun ! Qazilərimizə Allahdan şəfa diləyirəm.
Var olsun Cənab Ali Baş Komandan !
Eşq olsun Azərbaycan ordusuna !
Qarabağ Azərbaycandır!
Həsənzadə Bəsirə Nofəl qızı.
Tərtər rayon Mərkəzi Xəstəxanasının əməkdaşı
YAP Tərtər Rayon Təşkilatının könüllüsü.
Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin bölgə üzrə koordinatoru