Yəmən böhranı, Taiz şəhəri, tullantı problemi, ətraf mühitin çirklənməsi, məişət tullantıları, humanitar böhran, yanacaq çatışmazlığı, sağlamlıq təhlükəsi
Dünya

Yəmənin Taiz şəhərində zibil böhranı: sakinlər tullantıları yandırmağa məcbur qalır

Yəmənin Taiz şəhərində tullantıların küçələrdə və su kanallarında yığılması, sakinlərin isə zibilləri yandırmağa məcbur qalması ciddi ekoloji və sağlamlıq təhlükəsi yaradıb. Şəhəri bürüyən qara tüstü xüsusilə uşaqlar və yaşlı insanlar üçün narahatlıq doğurur.

Bugun.tv xəbər verir ki, Al Jazeera-nın məlumatına görə, oktyabrın əvvəlindən etibarən şəhərdə məişət tullantılarının yığılması və daşınması ciddi şəkildə pozulub. Təmizlik maşınları döyüş bölgəsinə yaxın ərazidə yerləşən əsas poliqona gedə bilmir. İşçilər poliqonun ətrafında snayperlərin yerləşdirildiyini və tullantıları boşaltmağa gedərkən atəşə məruz qaldıqlarını bildirirlər.

Yanacaq çatışmazlığı da vəziyyəti ağırlaşdırıb. Nəticədə tullantılar küçələrə, yaşayış məhəllələrinə və yağış sularının axdığı kanallara toplanıb. Bəzi sakinlər zibilləri yandıraraq onlardan qurtulmağa çalışırlar.

Şəhərdə hər gün 600 tona yaxın tullantı yaranır

Taiz şəhərində gündəlik 550–600 ton məişət tullantısı əmələ gəlir. Təmizlik xidmətlərinin fəaliyyətindəki fasilələr nəticəsində bu tullantıların daşınması ciddi çətinliklərlə üzləşib.

Böhran yalnız ekoloji problemlərlə məhdudlaşmır. BMT-nin məlumatına görə, döyüşlər və yolların bağlanması səbəbindən şəhərdə 800 minə yaxın insan üçün həyati əhəmiyyət daşıyan humanitar yardımların çatdırılması çətinləşib. Su istehsalının yarıbayarı azalması da əhalinin vəziyyətini daha da ağırlaşdırıb.

Yəmən böhranı, Taiz şəhəri, tullantı problemi, ətraf mühitin çirklənməsi, məişət tullantıları, humanitar böhran, yanacaq çatışmazlığı, sağlamlıq təhlükəsiMənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Təxminən 2 milyon fələstinli təcili sığınacaq yardımına ehtiyac duyur

Aynur Camal

İlk uçuşlarına başlayan dəniz quşları iki həftəyə 1000 kilometr məsafə qət ediblər

Aynur Camal

Rusiya zərbələri Ukraynanın 7 bölgəsində elektrik enerjisinin kəsilməsinə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu