Bugun.tv xəbər verir ki, Yamayka hökuməti köləliklə bağlı hüquqi məsuliyyət məsələlərinin araşdırılması üçün Kral III Çarlza rəsmi müraciət təqdim etməyə hazırlaşır. Yamaykanın Mədəniyyət naziri Olivia Qreyncin sözlərinə görə, müraciət bazar ertəsi krala təqdim olunacaq.
Nazir bildirib ki, hökumət Afrikalıların Yamaykada kölə vəziyyətində saxlanılmasının Britaniya qanunlarına əsasən qanuni olub-olmaması, beynəlxalq hüququ pozub-pozmaması və Böyük Britaniyanın bu gün təzminat ödəmək üçün hüquqi öhdəliyinin olub-olmaması barədə üç sualın Yuxarı Məhkəmə orqanı olan Gizli Şura Yargı Komitəsinə göndərilməsini istəyir.
Müraciətdə birbaşa pul ödənişi tələb olunmur. Əvvəlcə sənəd Kral III Çarlza təqdim ediləcək, daha sonra məsələ müvafiq hüquqi quruma yönləndiriləcək.
Qreync bildirib ki, veriləcək cavablardan sonra növbəti addımlar müəyyənləşdiriləcək. Bukingem Sarayı müraciətin təqdim olunması prosesində Yamayka general-qubernatoru ilə əməkdaşlıq etdiyini açıqlayıb.
1833-cü ildə Britaniya imperiyasının böyük hissəsində köləlik ləğv edilərkən kölə sahiblərinə 20 milyon funt sterlinq təzminat ödənilmişdi. Həmin vəsait üçün götürülən kreditlərin ödənişi yalnız 2015-ci ildə başa çatıb.
Mənbə: TRT Haber
