Dünya

Zelenski: Müharibə, ehtimal ki, qış aylarında da davam edəcək

Bugun.tv xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində davam edən müharibənin qış başlamazdan əvvəl başa çatacağı ilə bağlı hazırkı vəziyyətin kifayət qədər əsas yaratmadığını bildirib. O qeyd edib ki, müharibənin qış aylarında da davam etməsi ehtimalı yüksəkdir.

Zelenski bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə Kiyevdə keçirilən birgə mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, ABŞ, Avropa və Ukraynanın iştirakı ilə növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüşün harada baş tutacağı isə hələ müəyyənləşdirilməyib.

Ukrayna prezidenti bildirib ki, danışıqlarda əsas həll olunmamış məsələ ərazi məsələsidir və bu problemin yalnız dövlət başçıları səviyyəsində həll edilə biləcəyini deyib.

Zelenski müharibədən sonrakı dövr üçün Ukraynaya təhlükəsizlik və iqtisadi təminatların verilməsinin də müzakirə olunduğunu bildirib. O, güclü Ukrayna ordusunun təhlükəsizliyin əsas dayağı olduğunu vurğulayıb.

Trampın nümayəndəsi Vitkoff görüşləri müsbət qiymətləndirib. Kuşner isə ABŞ-ın Rusiya və Ukrayna ilə üçtərəfli danışıqlar formatına qayıtmaq istədiyini açıqlayıb.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Yamayka Kral III Çarlza köləliyə görə təzminatla bağlı müraciət edəcək

Aynur Camal

“İqtisadiyyatımız türk turistlər sayəsində inkişaf edir”

Aynur Camal

İndoneziyanı kül bürüdü: Anak-Krakatau vulkanı püskürdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu