Baş xəbərHadisə

Yanan sərnişin avtobusu yararsız hala düşdü

Bugun.tv xəbər verir ki, Bursada magistral yolda hərəkət edən sərnişin avtobusunda yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını qısa müddətdə söndürüb. Yanğından sonra 39 sərnişin qısa müddətdə təxliyyə edilib. Yanğında tüstüdən təsirlənən və ətraf xəstəxanalara sövq edilən 16 sərnişinin həyati təhlükəsinin olmadığı öyrənilib. İstanbul-İzmir yolunun Orhangazi tunelinin girişində sərnişin avtobusunun yanması nəticəsində İzmir istiqaməti təxminən 2 saat nəqliyyata bağlı qalıb.

TRT Haberin məlumatına görə, avtobusun çıxarılması və təmizlik işlərinin ardından yol tək zolaqdan idarəli şəkildə nəqliyyat vasitələrinin hərəkətinə açılıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Qatil balinalar dünyanın ən böyük balıqlarından birini parçalamağın yeni üsulunu nümayiş etdiriblər

Aynur Camal

Bir gün rəhbərliklə

Bugün TV

Makron meşə yanğınları ilə mübarizə üçün Aİ-dən dəstək istədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu