25 C
Baku
27 İyul 2024, 4:58
Baş xəbərHadisə

Yanğın zonasına yaxın yaşayanlara maska xəbərdarlığı gəldi

Bugun.tv xəbər verir ki, Ankara Hurda Satıcıları sənaye sahəsində çıxan yanğında alovlanan təkərlərin kanserogen təsiri var. Həmin ərazidə yaşayan sakinlərə pəncərələrini bağlamaları və maskalardan istifadə etmələri tövsiyə olunub.

Təkərlər idarə olunmadan yanan zaman ağır metallarla yanaşı, üzvi çirkləndiricilərin də tüstü və duman şəklində ətrafa yayıldığını izah edən mütəxəssislər, çirkləndiricilərin tərkibində qalıcı və kanserogen üzvi maddələrin olduğunu deyiblər. İstifadə olunan təkərlər təsadüfi, yəni nəzarətsiz yanarsa, kanserogen çirkləndiricilər ətraf mühitə yayılır. Bu səbəbdən də şəhər istiqamətində yayılan çirklənmə zonasında yaşayanlar pəncərələrini bağlamalı, imkan daxilində çölə çıxmamalı, çıxdıqları halda maskasız gəzməməlidirlər.

Aynur Camal

Oxşar xəbərlər

Onlar dövrümüzün əfsanəsi adlandırıldı

Aynur Camal

İki ailə arasında dava: 5 yaralı var

Aynur Camal

Axtarılan 101 adam tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu