DünyaHadisə

Yanğınlar bəzi yerlərdə yenidən şiddətlənir

Bugun.tv xəbər verir ki, Yunanıstanın Aleksandrupoli və Meriç bölgələrində baş verən yanğınlar 12-ci gündə daha çox nəzarət altına alınsa da, bölgədə alov yenidən yüksəlir. Yunanıstanın Dəmirörən (Sıdıro) və Yanören (Yannuli) kəndlərinin meşə sahəsində yanğın yenidən gücləndikdən sonra Mülki Müdafiə Təşkilatı kənd sakinlərini ərazidən uzaqlaşmalarını istəyib. Alexandroupoli və Meriçdə avqustun 19-da başlayan yanğın avqustun 28-dək 826 min hektardan çox ərazini yandırıb. Gümülcine və kəndlərinin daxil olduğu Rodop vilayətində Kalaycıdere kəndi yaxınlığındakı meşəlik ərazidə yanğının yenidən gücləndiyi müşahidə edilib. Bölgədəki yanğınları söndürmək üçün Kipr Rum Administrasiyası (KKİ), Almaniya, Bolqarıstan, Serbiya, Fransa, Çexiya, Rumıniya, Slovakiya və Albaniyadan ibarət qruplar Yunanıstana dəstək verir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

İki helikopterin toqquşması nəticəsində altı nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu