Yanvarın 3-də Yer kürəsi öz orbitinin Günəşə ən yaxın nöqtəsində yerləşəcək. Moskva planetarisi bildirib ki, bunun sayəsində göy cisminin görünən diametri iyul ayına nisbətən 3 faiz daha böyük olacaq.
Bugun.tv Rusiya KİV-lərinə istinadla xəbər verir ki, həmin gün ulduz və planet arasında məsafə 147 098 988 kilometr təşkil edəcək. Astronomlar dəqiqləşdiriblər ki, Yer kürəsi Moskva vaxtı ilə saat 03:38-də periheliyaya çatacaq.
Məlumdur ki, Yer kürəsi Günəşin ətrafında elliptik orbit üzrə hərəkət edir. Planet periheliyaya – yanvar ayında, afeliyaya (orbitin ən uzaq nöqtəsinə) isə – iyul ayının əvvəlində çatır. Bu dövrdə o, Günəşdən 152 milyon kilometrdən çox məsafəyə uzaqlaşır.
Qeyd edək ki, dekabrın 22-də Şimal yarımkürəsində qış gündönümü baş verib. İl ərzində ən qısa günün uzunluğu 6 saat 59 dəqiqə təşkil edib.