Baş xəbər

Yapon zəlzələ eksperti İstanbula xəbərdarlıq etdi!

Bugun.tv xəbər verir ki, mütəxəssislər gözlənilən Mərmərə zəlzələsinə diqqət çəkməyə davam edir. Nəhayət, Yapon zəlzələ mütəxəssisi Yoşinori Morivaki İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı mühüm xəbərdarlıqlar edib.

Morivaki Türkiyədəki süxurların tektonik qırılmalarının şərqdən qərbə doğru hərəkət etdiyinə diqqət çəkib.

Türkiyənin mümkün zəlzələlərdən ən az zərərlə sovuşdurulması üçün hər kəsin birgə hərəkət etməsi və mövcud binaların gücləndirilməsinin lazım olduğunu bildirib. Xatırladıb ki, İstanbul Şimali Anadolu fay xəttinin bir qolundadır və qolun bu nöqtəsi təhlükəlidir.

Mütəxəssis fay xəttinin şimal qolunun Silivrinin Çanaqqala tərəfdən Boğazın girişindən 20 kilometr cənuba doğru getdiyini deyib. Zəlzələnin nə vaxt olacağını heç kim deyə bilməz. Bu zəlzələdən az ziyanla, sağ çıxmağa hazır olmalıyıq. Dövlət, hökumət, bələdiyyə, məktəblər və hər bir ailə hərəkətə keçsə, zərəri 70 fazi  azaldıla bilərik”, – əlavə edib.

Mənbə: Cumhuriyet

Kəmalə Sultan

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu