Dünya

Yaponiya Baş naziri: Üç qeyri-nüvə prinsipinə sadiq qalacağıq

Yaponiyanın Baş naziri Sanae Takaiçi Hirosimaya atom bombasının atılmasının 81-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində ölkəsinin nüvə silahına malik olmamaq siyasətini davam etdirəcəyini bəyan edib.

Bugun.tv xəbər verir ki, Takaiçi hökumətin nüvə silahına sahib olmamaq, onu istehsal etməmək və ölkəyə gətirməməkdən ibarət üç qeyri-nüvə prinsipinə sadiq qaldığını bildirib. Baş nazir vurğulayıb ki, Yaponiya nüvə silahlarından azad dünya naminə fəaliyyətini davam etdirəcək.

Mərasimdə çıxış edən Hirosima və Naqasaki atom bombardmanlarından sağ qalan hibakuşaların nümayəndələri isə hökuməti bu prinsiplərdən geri çəkilməməyə çağırıblar. Onlar qeyri-nüvə siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışları qəbuledilməz adlandırıblar.

BMT-nin Baş katibi Antonio Quterreşin müraciətində də nüvə təhlükəsinin yenidən artdığına diqqət çəkilib. O, dövlətləri qarşıdurma əvəzinə dialoqa, rəqabət əvəzinə əməkdaşlığa üstünlük verməyə çağırıb. Bununla yanaşı, Quterreş əvvəlki illərdə olduğu kimi, atom bombardmanlarını həyata keçirən ölkənin adını çəkməyib.

1945-ci il avqustun 6-da ABŞ Hirosimaya, avqustun 9-da isə Naqasakiyə atom bombası atıb. Bu hücumlar nəticəsində yüz minlərlə insan həyatını itirib və nüvə silahından istifadənin ağır nəticələri uzun illər davam edib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Avropa ölkələrinin ABŞ-dan daha üçün güclü qüvvələri yoxdur

Aynur Camal

WP: Tramp 2028-ci il seçkilərində JD Vensi gizli şəkildə dəstəkləyir

Aynur Camal

Qırğızıstan Prezidenti: Rusiya bazarı məhsullarımız üçün əsas istiqamətlərdən biridir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu