12 C
Baku
4 Noyabr 2024, 18:01
Baş xəbərDünya

Yaponiya yaxınlığında təhlükə! Rusiya “Kalibr” raketini buraxıb

Ukraynaya hücumlarını davam etdirən Rusiya Sakit Okeanda təcrübə məqsədilə yüksək dəqiqlikli raket buraxıb. Təlimdə “Kalibr” raket sistemindən istifadə olunub. Hərbi təlimin çətin hava şəraitində keçirildiyi bildirilib.

Ukraynaya hücumlarını davam etdirən Rusiya NATO və ABŞ ilə tez-tez gərginlik yaşayır. Rusiya ordusunu mümkün hərbi təhdidlərə qarşı təlimlərlə həvəsləndirir. Rusiya Müdafiə Nazirliyi uzun mənzilli, yüksək dəqiqliyə malik “Kalibr” raketinin Sakit okeanda təlim məqsədi ilə buraxıldığını bildirib.

Nazirlikdən verilən açıqlamaya görə, Rusiya Sakit Okean Donanmasının hərbi gəmisi Yaponiya yaxınlığındakı Sakit Okean sularında Avaçinsk körfəzindən uzaq mənzilli, yüksək dəqiqliyə malik “Kalibr” raket sistemi ilə atəş açıb. Çətin hava şəraitində buraxılan “Kalibr” raketi müəyyən vaxtda 1300 kilometr məsafəni vuraraq Kamçatka bölgəsindəki Kür poliqonunda hədəfi vurub.

Atışma baş verən ərazidə gəmilər və təyyarələr işə düşüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Şahmatçımız gümüş medal qazandı

Aynur Camal

Tehranda son vəziyyət- foto

Aynur Camal

“Rəqəmsal İpək Yolu” layihəsi əməkdaşlığımız üçün mühümdür”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu