25 C
Baku
27 İyul 2024, 4:33
Dünya

Yaponiya yeni zəmin yaradacaq

Yaponiya ilk dəfə olaraq ABŞ-ın Sakit Okeanda keçirəcəyi “İgid Qalxan” hərbi təlimində iştirak edəcək. Yaponiya Çinin Hind-Sakit Okean hövzəsi və Şimali Koreyanın hədələyici raket sınaqlarında artan təsiri qarşısında hərbi koordinasiyanı artırmaq məqsədi ilə ABŞ-ın təlimində iştirak etmək qərarına gəlib.

Yaponiya ABŞ-ın Sakit okeanda ilk dəfə keçirəcəyi “İgid Qalxan” hərbi təlimində iştirak etməyə hazırlaşır”.

Yaponiyanın müdafiə naziri Kihara Minoru verdiyi açıqlamada ölkəsinin ABŞ-ın təşkil etdiyi “İgid Qalxan” təliminə ilk dəfə qatılacağını bildirib. Kihara mövzu ilə bağlı bunları deyib:

“Getdikcə daha ciddi təhlükəsizlik mühiti qarşısında Yaponiya-ABŞ ittifaqının çəkindirmə və müdaxilə imkanlarını təkmilləşdirmək son dərəcə mənalıdır”.

Müdafiə Nazirliyinin açıqlamasına görə, milli ordunun ilk dəfə qatılacağı təlim Yaponiyanın 9 fərqli əyalətindəki hərbi bazalardan faydalanacaq. Müvafiq olaraq, ABŞ-ın dəvəti ilə Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDQ) şəxsi heyəti 7-18 iyun tarixlərində keçiriləcək “İgid Qalxan” təlimində iştirak edəcək.

Hərbi təlimə hava, dəniz və quru qüvvələri də daxil olmaqla Yaponiya ordusundan təxminən 4 min nəfər, həmçinin QSD-yə aid 130 maşın və 60 təyyarə daxil olacaq.

İki ildən bir keçirilən və Quam, Filippin və Havay bölgələrini əhatə edən “Valiant Shield” təlimində ABŞ-dan 10 mindən çox heyət iştirak edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Bir qurup yeniyetmə binanı yandıraraq qaçdı

Aynur Camal

Motosiklet aşıb: 1 uşaq öldü, 2 uşaq yaralandı

Teymur Əziz

İsrail məhsullarını boykot etməyə çağıran aparıcı işdən çıxarıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu