DünyaHadisə

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 236 nəfərə çatdı

Bugun.tv xəbər verir ki, İşikava əyalət qubernatorluğu açıqlama verib. Yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 236-ya yüksəldiyi bildirilib.

Açıqlamada zəlzələdə 43 min 380 binanın zərər görüb. 14 mindən çox insanın 490 müxtəlif təxliyyə məntəqəsində qalır. 3 min 500 evdə elektrik kəsilib. 43 mindən çox evdə su kəsilməsinin davam etdiyi bildirilib.

Bundan əlavə, bölgə üzrə zəlzələlərdə yaralanan 1178 nəfərin müalicəsinin davam etdiyi qeyd edilib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.

Mənbə trthaber

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu