25 C
Baku
27 İyul 2024, 6:36
Dünya

Yaponiyadan müstəqil Fələstinə dəstək

Norveç, İrlandiya və İspaniya hökumətləri Fələstin dövlətini tanımaq qərarına gəldiklərini bəyan etdikdən sonra “Müstəqil Fələstin”ə Yaponiyadan da dəstək gəldi.

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava, “Biz fələstinlilərin müstəqil dövlət qurmaq məqsədini anlayırıq və bu istiqamətdə səylərini dəstəkləyirik” deyib.

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava paytaxt Tokioda keçirdiyi mətbuat konfransında Fələstin məsələsi ilə bağlı açıqlamalar verib.

Bölgədə gərginliyin azaldılması və humanitar vəziyyətin yaxşılaşdırılması üçün diplomatik səylərini davam etdirəcəklərini vurğulayan Kamikava Yaponiyanın tərəflər arasında etimadın yaradılması istiqamətində səylərini davam etdirəcəyini bəyan edib.

Fələstinlilərin müstəqil dövlətə sahib olmaq istəyini anladıqlarını ifadə edən Kamikava, “Tərəflər arasında aparılan danışıqları və iki dövlətli həll yolunu, müstəqil dövlət qurmaq məqsədini anlayır və bu istiqamətdə səylərini dəstəkləyirik”.

Kamikava, “Sülh prosesinin necə irəlilənə biləcəyini nəzərə alaraq, Fələstin dövlətinin tanınması məsələsini hərtərəfli həll etməyə davam edəcəyik” dedi.

Kamikava əlavə edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant üçün “həbs orderi” verilməsi tələbi ilə bağlı prosesi izləyəcəklər.

Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 193 ölkədən 139-u Fələstini dövlət kimi tanıyır.

Yaxın Şərq, Afrika və Asiyanın əksəriyyəti Fələstin dövlətini tanısa da, ABŞ, Kanada, Avstraliya, Yaponiya, Cənubi Koreya və bir çox Qərbi Avropa ölkələri tanımır.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Rusiya xarici siyasət konsepsiyasına yenidən baxılıb

Nigar Məmmədova

Smartfonunuzu və özünüzü “tətil rejiminə” necə qoymaq olar

Aynur Camal

İngiltərə döyüş meydanına çevrildi! Onlar polis maşınını aşırıb və avtobusu yandırıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu