Yaponiyada yüzillərdir tətbiq olunan Daisugi üsulu sayəsində ağac kəsilmədən uzun illər ərzində dəfələrlə keyfiyyətli taxta əldə etmək mümkündür.
Bugun.tv xəbər verir ki, bu ənənəvi texnologiya meşələrin qorunması və davamlı ağac istehsalı baxımından yenidən diqqət mərkəzinə gəlib.
Daisugi üsulu əsasən Yapon sidr ağaclarına tətbiq olunur. Bu metod zamanı ağacın gövdəsi və kök sistemi zədələnmir. Əvəzində, bonsai sənətini xatırladan xüsusi budama texnikası ilə yuxarı budaqlar müəyyən formada kəsilir. Vaxt keçdikcə həmin nöqtələrdən uzun, düz və möhkəm yeni zoğlar inkişaf edir.
Lazımi qalınlığa çatdıqdan sonra bu zoğlar kəsilərək tikinti materialı kimi istifadə olunur. Əsas ağac isə böyüməyə davam edir və eyni proses uzun illər ərzində dəfələrlə təkrarlana bilir.
Məlumata görə, Daisugi texnikasının tarixi XIV əsrə gedib çıxır. Həmin dövrdə samurayların və zadəganların evlərinin tikintisi üçün uzun və keyfiyyətli sidr ağacına ehtiyac artdığından, məhdud meşə ehtiyatlarını qorumaq məqsədilə bu üsul hazırlanıb. Beləliklə, daha az ağac kəsilərək daha çox taxta əldə etmək mümkün olub.
Mütəxəssislər hesab edirlər ki, əsrlər əvvəl yaradılmış bu texnologiya müasir dövrdə meşələrin mühafizəsi və ekoloji cəhətdən davamlı ağac istehsalı üçün nümunə ola bilər.

Mənbə: EnSonHaber

