Baş xəbərDünya

Yaponiyanın iki əyalətini alov bürüdü

Yaponiyanın Okayama və Ehime prefekturalarında başlayan meşə yanğınları sürətlə geniş əraziyə yayılıb, ən azı 893 nəfərin təxliyəsi barədə xəbərdarlıq edilib, ümumilikdə 355 hektar ərazi külə dönüb.

Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, ölkənin Okayama və Ehime prefekturalarında başlayan meşə yanğınları havanın quraq keçməsi səbəbindən sürətlə geniş əraziyə yayılıb.

Okayama prefekturasında ən azı 250 hektar meşə sahəsi külə dönüb, 6 tikili yanğın nəticəsində zədələnib.

403 təsərrüfatda yaşayan 893 nəfərə təxliyə xəbərdarlığı edilib.

Ehime prefekturasında baş verən meşə yanğını azı 105 hektar ərazini yandırıb.

Ehtiyat tədbiri olaraq bəzi yerli qatarların hərəkəti dayandırılıb və bəzi magistral yollar nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

Alovla mübarizənin davam etdiyi bildirilib.

Yaponiyanın İvate prefekturasında fevralın 26-da başlayan meşə yanğını nəticəsində bir nəfər ölüb, 171 tikili zədələnib.

3000 hektar ərazini külə çevirən yanğınla əlaqədar 4500 nəfər təxliyə edilib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Co Baydenin Qəzza ilə bağlı bəyanatı: Biz razılaşmaya həmişəkindən daha yaxınıq

Aynur Camal

Yəmən Ənsarullah Hərəkatı: Biz daha bir ABŞ pilotsuz təyyarəsini vurduq

Aynur Camal

Dietoloq pankekə duz vurmamağı məsləhət gördü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu