27 C
Baku
13 Sentyabr 2024, 19:38
Dünya

Yaponiyaya kabus kimi düşdü! Bazarlar boşdur, minə yaxın reys ləğv edilib! Yenidən həyəcan təbili çalındı

 Yaponiyada Ampil tayfunu kabus kimi ölkəyə enib.

Ən azı 990 reys ləğv edilsə də, qatar xidmətlərinin dayandırılmasına qərar verilib. İnsanlar bazarlara axışırdı, rəflər boş qaldı.Yaponiyanın müxtəlif bölgələrində, xüsusilə Kanto bölgəsində təsirli olan “Ampil” tayfunu ölkədə həyatı iflic edib. Müxtəlif ştatlardan ən azı 990 planlaşdırılmış reys ləğv edilib.

QATAR XİDMƏTLƏRİ DA DAYANDI

Tohoku, Coetsu, Hokuriku, Yamaqata, Tokaydo və Sanyo şəhərlərində də yüksək sürətli qatarların hərəkəti dayandırılıb. Ölkə daxilində bir çox yerli qatar xəttində ləğvlər və gecikmələr olsa da, bəzi magistral yollar ehtiyat tədbiri olaraq trafikə bağlandı.

İŞÇİLƏRƏ TƏLİMAT: EVDƏN İŞLƏYİN, ÇÖLƏ ÇIXMAYIN!

Bəzi şirkətlər işçilərinə evdən işləməyi tapşırarkən, bəziləri iş saatlarını erkən bitirmək qərarına gəlib. Bundan əlavə, bir çox dövlət qurumları iş saatlarını qısaltmaq və günorta saatlarında bağlanmaq qərarına gəliblər. Tayfun qorxusu ilə bazarlara axın edən insanların səhər saatlarından etibarən rəflərin boş qaldığı müşahidə edilib. Ağacları, elektrik dirəklərini və lövhələri kökündən qoparıb.

BİR ÇOX NÖQTƏLƏRDƏ DAŞQINLAR OLUB

Elektrik paylayıcı şirkət Kantoda yerli vaxtla saat 13:00-a qədər ən azı 1550 evdə elektrik kəsildiyini açıqlayıb. Bundan əlavə, güclü yağışlar nəticəsində bəzi rayonlarda daşqınların baş verdiyi bildirilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

NATO sammitinin qərarı: Ukraynanın tam üzvlüyü dönməz hala gəldi

Aynur Camal

“Qəzzada poliomielit peyvəndinin tətbiqi üçün humanitar fasilə lazımdır”

Aynur Camal

Şimal-Qərb Əraziləri əyalətində yanğınla əlaqədar təxliyələrə başlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu