13 C
Baku
15 Aprel 2026, 14:58
Baş xəbərDigərKriminal

Yasamal rayonunda 33 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Bugun.tv xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən paytaxt sakinləri Loğman Mirzəzadə, Elbrus Hüseynov, Ələkbər Adıgözəlov, İlahə Hüseynova və Rövşən Vəliyev saxlanılıblar. Bu şəxslərdən 20 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilmiş marixuana, 3 kiloqram heroin və metamfetamin aşkar edilib.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının son 15 gündə həyata keçirdikləri silsilə əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil 51 nəfər saxlanılıb. Onlardan ümumilikdə 33 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və satışı qadağan edilən həblər aşkar olunub. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ən qeyri-adi qabiliyyətlərə malik 5 heyvan – təbiətin “möcüzələri”

Aynur Camal

Tramp: İranla müharibə sona yaxınlaşır, Pakistan danışıqları yenidən gündəmdə

Aynur Camal

Donald Tramp qazlı içkilərlə bağlı mübahisəli fikir səsləndirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu