32 C
Baku
24 İyul 2024, 18:48
Baş xəbər

Yasamaldakı Bakı Baza Tibb kollecinin tələbələri könüllük fəaliyyəti ilə bağlı maarifləndirilib

 Bugun.tv-yə daxil olan məlumata görə, “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüllü sosial xidmətçilik” layihəsi çərçivəsində Yasamal rayonunda 2 nömrəli Bakı Baza Tibb kollecində tədbir keçirib. Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Yasamal Rayon Bələdiyyəsinin sədr müavini Emin Muxtarov, Azərbaycan Respublikasının Vəkillər kollegiyasının üzvü, Presedent vəkil bürosunun vəkili və rəhbəri, Mediyasiya təşkilatının mediyatoru Zülfiyyə Həşimova, Presedent vəkil bürosunun vəkili Şəhriyar Əbilov, YAP-ın sədri və qiymətləndirmə monitorinq bölməsinin rəhbəri Gülər Quluzadə, Tələbə Həmkarlar Təşkilatının sədri Nəzakət Balaqadaşova iştirak edib.

İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndəsi Gülər Quluzadə gənclərə könüllü sosial sahədə, qayğıya ehtiyacı olan insanlara, sosial cəhətdən həll yollarından söhbət açıb. Tədbirin gedişatında 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbəsi Nigar xanım gənclərə könüllü sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olan və onlara dəstək göstərilməsi, işində ictimai rolun artırılması, bu yöndə könüllü fəaliyyətin göstərməsini vurğulayıb. Tədbirin əvvəlində tələbələrə dəftərxana ləvazimatları paylanılıb.

Qeyd edək ki, layihənin məqsədi sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi sahədə problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.

Bugün TV

Oxşar xəbərlər

Xidmət işçisinin dəydiyi avtomobil aşdı: 11 yaralı var

Bugün TV

Dərman fabrikinə çevrilən evə basqın edildi

Teymur Əziz

18 qeyri-qanuni mühacir xilas edildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu