DünyaSəhiyyə

Yastıqsız yatmaq qlaukoma xəstəliyində faydalı ola bilər

Yastıqsız yatmaq

Bugun.tv xəbər verir ki, aparılan yeni araşdırma yastıqsız yatmağın qlaukoma xəstəliyinin inkişafını ləngidə biləcəyini ortaya qoyub.

Məlumata görə, British Journal of Ophthalmology jurnalında dərc olunan tədqiqatda yastıqsız yuxunun göz daxili təzyiqi azaltdığı müəyyən edilib. Bu isə qlaukoma zamanı görmə sinirinin zədələnməsinə və geri dönməyən görmə itkisinə səbəb olan əsas risk faktorlarından biri hesab olunur.

Araşdırmada 144 qlaukoma xəstəsi iştirak edib. İştirakçılardan bir qrupun başı 20-35 dərəcə yuxarı qalxacaq şəkildə iki adi yastıqla yatması, digər qrupun isə yastıqsız yatması tələb olunub. Yuxu zamanı mütəmadi ölçmələr göstərib ki, başın yuxarıda olduğu vəziyyətdə göz daxili təzyiq daha çox yüksəlir, yastıqsız yatdıqda isə göstəricilər daha aşağı olur.

Alimlər bunun səbəbini belə izah edirlər: yüksək yastıq boyun nahiyəsinin vəziyyətini dəyişdirərək boyun venalarının sıxılmasına səbəb ola bilər. Bu isə göz daxili mayenin axımını çətinləşdirir və nəticədə təzyiq artır. Eyni zamanda başın yuxarıda olması göz toxumalarına qan axınını göstərən göz perfuziya təzyiqini azaldır ki, bu da qlaukoma üçün mənfi amil sayılır.

Tədqiqat müəllifləri qeyd edirlər ki, qlaukoma zamanı gecə saatlarında təzyiqin idarə olunması adətən dərman dozasının artırılması və ya lazer müalicəsi ilə həyata keçirilir. Bu baxımdan yastıqsız yatmaq, xüsusilə xəstəliyin erkən mərhələlərində və müalicəyə əlavə olaraq tətbiq edilə biləcək sadə qeyri-dərman üsulu kimi qiymətləndirilir.

Xatırladaq ki, qlaukoma 60 yaşdan yuxarı insanlarda korluğun əsas səbəblərindən biri hesab olunur.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynaya qarşı böyük dron hücumu həyata keçirdi: ən azı 7 nəfər həlak oldu

Aynur Camal

Lübnan İran səfirini “arzuolunmaz şəxs” elan edib

Aynur Camal

İran və Çin xarici işlər nazirləri görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu