28 C
Baku
9 İyun 2025, 18:16
Baş xəbərSəhiyyə

Yay aylarında üz dərisinə necə qulluq edək?

Artıq yaz aylarının sonlarını yaşayırıq. Günəşin daha çox işıq saçan Yaz və Yay aylarında üz dərimizə necə qulluq edək?

Bugun.tv xəbər verir ki, bu barədə Megapol klinikasının uzman dermatoloqu Firayya Mammadova müsahibəsində bir neçə məsləhətlər verib:

“Yay ayları gəldikcə, günəşdə olmaqdan zövq alırıq. Lakin bunun fəsadlarının da qarşısını almaq öz əlimizdədir. Ultrabənövşəyi şüaların dərimizdə qoyduğu ləkələrdən özümüzü qorumaq üçün səhər və axşam üz dərisinə qulluq rutinimizə diqqət etməliyik. İlk növbədə düzgün, yaşımıza uyğun günəş kremini seçmək lazımdır. Bunun üçün də, mütəxəssislər tərəfindən müayinədən keçib dəri tipinə uyğun üzə qulluq vasitələri almaq lazımdır.

Əgər daha çox günəş işıqlarına məruz qalan məkanlarda işləyiriksə və ya daha çox açıq havada oluruqsa ən azı hər 2 saatdan bir günəş kremini yenidən cildimizə sürməliyik”.

Həkim dermatoloq eyni zamanda günəş kremini üz dərisindən düzgün şəkildə təmizləməyi də məsləhət görüb:

“Gecə yatmazdan öncə üz dərimizə uyğun vasitələrlə dərimizi silib, yuyunmalıyıq. Daha sonra mütləq cildi nəmləndirməyi unutmamalıyıq. Bu üz dərisinin uzun müddət gənc qalmasına kömək edən bazal faktorlardan biridir”- deyə Dr. Firayya Mammədova bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Yol kənarında ölü vaşaq tapılıb

Bugün TV

Yuri Şatunov dünyasını dəyişdi.

Könül Kərimova

Fransa vətəndaşlarına xəbərdarlıq etdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu