Hindistan, Yeni Dehli, hava çirklənməsi, Diwali, hava keyfiyyəti, ekologiya, sağlamlıq, atmosfer
DünyaHadisə

Yeni Dehlidə hava çirklənməsi təhlükəli həddə yaxınlaşdı

Bugun.Tv xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə Diwali bayramı ərəfəsində hava çirklənməsi yenidən artıb. Şəhərdə havanın keyfiyyət göstəricisi 377-yə çatıb ki, bu da “çox pis” kateqoriyasına daxildir.

“BBC”nin məlumatına görə, çirklənmənin artması ilə əlaqədar Dehlidə hava keyfiyyətinin idarə olunması üzrə tədbirlər gücləndirilib. Şəhərdə tozun yayılmasının və nəqliyyat vasitələrinin yaratdığı tullantıların azaldılması üçün əlavə məhdudiyyətlər tətbiq olunur.

Hava çirklənməsinə avtomobillərdən çıxan qazlar, tikinti işləri, sənaye tullantıları və ətraf ərazilərdə kənd təsərrüfatı qalıqlarının yandırılması təsir göstərir. Diwali bayramı zamanı fişənglərdən istifadə də vəziyyəti ağırlaşdıra bilən amillər sırasındadır.

Mütəxəssislər xüsusilə uşaqlara, yaşlılara və tənəffüs sistemi xəstəlikləri olan insanlara açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

Ayılar evlərə girməyi öyrənir: mütəxəssis gələn il vəziyyətin çətinləşə biləcəyini deyir

Aynur Camal

Ukrayna Rusiyaya 1200-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum etdi

Aynur Camal

Payız yarpaqlarının rəngini nə müəyyən edir? Alimlər yeni amili üzə çıxarıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu