DünyaTexnologiya

Yeni elmi ekspedisiyaya: Buzlaqların əriməsinin iqlimə təsiri araşdırılır

Bugun.tv xəbər verir ki, beynəlxalq alimlər qrupu Qrenlandiyada buzlaqların sürətlə əriməsinin Atlantik okeanındakı cərəyanlara və qlobal iqlimə təsirini araşdırmaq üçün genişmiqyaslı elmi ekspedisiyaya başlayıb.

Reuters-in məlumatına görə, Böyük Britaniyanın “RSS David Attenborough” tədqiqat gəmisi ilə həyata keçirilən ekspedisiyada 80-ə yaxın alim və mütəxəssis iştirak edir. Beş-altı həftə davam edəcək araşdırmanın əsas məqsədi Qrenlandiyadan ərimə nəticəsində okeana axan şirin suyun Atlantik Meridional Dövriyyə Sisteminə (AMOC) mümkün təsirlərini öyrənməkdir.

Tədqiqat zamanı alimlər buzlaqların alt hissəsini xüsusi sualtı aparatlarla xəritələndirəcək, okean axınlarını və suyun temperaturunu ölçəcəklər. Toplanacaq məlumatların gələcəkdə iqlim dəyişikliklərinin daha dəqiq proqnozlaşdırılmasına və buzlaqların əriməsi ilə bağlı erkən xəbərdarlıq sistemlərinin hazırlanmasına kömək edəcəyi bildirilir.

Mütəxəssislər hesab edirlər ki, Qrenlandiyada buzlaqların sürətlə əriməsi Avropada hava şəraitinə, dəniz səviyyəsinin yüksəlməsinə və qlobal iqlim sisteminə ciddi təsir göstərə bilər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

“Ulduz müharibələri” filmindəki Tatuinə bənzər planet həyat üçün əlverişli ola bilər

Aynur Camal

BMT araşdırması: Dünya geri dönməyən nəticələri olan qlobal su çatışmazlığı dövrünə daxil olur

Aynur Camal

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu