Maraqlı faktlar

Dünyanın ən bahalı şəhərləri açıqlanıb: Türkiyə iPhone qiymətinə görə ilk sıradadır

Bugun.tv xəbər verir ki, Deutsche Bank-ın “Mapping the World’s Prices” (“Dünyanın qiymətlər xəritəsi”) adlı illik hesabatında dünyanın ən bahalı şəhərləri və yaşayış xərcləri ilə bağlı yeni reytinq açıqlanıb.

Hesabata əsasən, Sürix və Cenevrə dünyanın ən bahalı şəhərləri olaraq liderliyini qoruyur. Onları Təl-Əviv, Nyu-York və San-Fransisko izləyir. Yaşam keyfiyyəti üzrə isə Lüksemburq ikinci il ardıcıl olaraq birinci yerdə qərarlaşıb. İlk beşliyə həmçinin Kopenhagen, Amsterdam, Vyana və Münhen daxil olub.

Araşdırmada diqqət çəkən məqamlardan biri Türkiyə ilə bağlı olub. Deutsche Bank-ın müqayisə apardığı 41 ölkə arasında iPhone-un qiymətinin ABŞ-la müqayisədə ən yüksək olduğu ölkə Türkiyə seçilib. Hesabata görə, Türkiyədə iPhone-un satış qiyməti ABŞ-dakı qiymətdən təxminən 2,2 dəfə bahadır. ABŞ-dan daha ucuz iPhone satılan yeganə ölkələr isə Cənubi Koreya və Yaponiya göstərilib.

Hesabatda həmçinin qeyd olunur ki, Tokio inkişaf etmiş ölkələrin böyük şəhərləri arasında gözlənilməz dərəcədə münasib qiymətləri ilə seçilir. Məsələn, Tokioda iki nəfərlik şam yeməyi və üçotaqlı mənzilin kirayəsi Nyu-York və Sürixlə müqayisədə xeyli ucuzdur.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Pomidorlarda qaraciyəri qoruyan daha bir faydalı maddə aşkarlandı

Aynur Camal

Memar damını 7 min gil fincanla örtərək evi 5 dərəcə sərinlətdi

Aynur Camal

Futbol, qaçış və kəndirçəkmədə artıq humanoid robotlar yarışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu