19 C
Baku
8 Sentyabr 2024, 3:43
Baş xəbərİqtisadiyyat

Yeni poçt markaları dövriyyəyə buraxılıb

Bugun.tv xəbərverir ki, “Heydər Əliyev İli” çərçivəsində “Azərpoçt” MMC Ulu Öndərin anadan olmasının 100-cü ildönümü ilə bağlı poçt markalarını dövriyyəyə buraxıb. Azərbaycanda ilk dəfə olaraq markaların üzərində “QR-kod” yerləşdirilib, Ulu Öndər haqqında məlumatın əcnəbilər arasında geniş yayılması məqsədilə “QR-kod”a H.Əliyev haqqında https://president.az/ saytında ingilis dilində yerləşdirilmiş məlumata keçid verilib. Onu da qeyd edək ki, Layihə üzərində iki rəssam-dizayner – Nəriman Məmmədzadə və Orxan Qarayev çalışıb.

Bu barərə Bugun.tv-yə “Azərpoçt” MMC-nin marka şöbəsinin müdiri  Sitarə Hüseynova məlumat verib.

“Bu markalar çox məhdud sayda, 2 min tirajla və hər biri də nömrələnmiş Almaniyanın Berlin şəhərində çap olunub. Həmin markanın tərtibatına xüsusi diqqət yetirilib. Üzərində Heydər Əliyevin fotosu və qızılı falqadan basqı üsuluyla elementlər işlənib. Bundan da əlavə onun nominal dəyəri 10 manat təyin olunub. Digər markalar arasında da başqa xatirə blokları, həmin bloklarının üzərində də Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotoları var. Bu kateqoriyalar arasında standart markaları da biz nəzərdən kənarda saxlaya bilməzdik. Poçt tərəfindən daxili və xarici göndərişlər zamanı ist olunması üçün 6 növdə standart marka da buraxdıq. Nominalları 10, 20, 30, 50 və 60 qəpik və 1 manat olan markalar çap edilib. Bu markaların da üzəridnə H. Əlieyv 100 il loqosu və H.Əliyevin şəkli göstərilib”, – qurum rəsmisi vurğulayıb.

Teymur Əziz

Oxşar xəbərlər

Dövlət başçısı: “Ərazilərimizdə separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir”

Bugün TV

Ukraynaya məxsus silah və zirehli texnika zərərsizləşdirildi

Kəmalə Sultan

Fevralın 21-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu