28 C
Baku
19 İyul 2024, 21:55
Dünya

Yeni Zelandiyadan gələn xəbərlər iqlim üçün qorxuludur

Yeni Zelandiyada okean və sahillərdə suyun istiliyinin 1982-ci ildə qeydə alınmağa başladığı 2022-2023-cü illərdə ən yüksək səviyyəyə çatdığı açıqlanıb.

Yeni Zelandiyanın Stats NZ statistik agentliyi 1982-2023-cü illər üçün okean və sahil sularının temperaturu haqqında məlumatları yeniləyib.

Yeni Zelandiya Milli Atmosfer və Su İnstitutundan (NIWA) alınan söz mövzusu məlumatlar, temperaturların qeyd olunmağa başladığı 1982-ci ildən bəri ən yüksək illik temperatur səviyyəsinə son 2 ildə çatdığını göstərib.

Bildirilib ki, 1982-ci ildən bəri okean səthinin temperaturu hər 10 ildən bir 0,16-0,26 dərəcə, sahil sularında isə 0,19-0,34 dərəcə artıb.

Məlumatlar həmçinin göstərdi ki, dəniz suyunun uzun müddət qeyri-adi şəkildə istiləşdiyi dövrlərə aid olan “dəniz isti dalğaları” yeni səviyyələrə çatıb.

Avstraliya və Yeni Zelandiya arasındakı Tasman dənizi 2022-ci ildə ilin təxminən 60 faizi, şimal-qərb adaları isə ilin təxminən 89 faizi “isti dalğasına” məruz qalıb.

Ətraf Mühit və Kənd Təsərrüfatı Statistikasının əməkdaşı Stuart Jones, “Hətta temperaturun kiçik artımları dəniz ekosistemlərini poza və xəstəlik risklərini artıra bilər” deyib.

Cons qeyd edib ki, temperatur artımı dəniz səviyyəsinin qalxmasına da təsir edir.

Mənbə: Haber Global

Oxşar xəbərlər

115 məhbus üçün amnistiya elan edildi

Nigar Məmmədova

Ermənistan Ukraynaya humanitar yardımın daha bir hissəsini təhvil verdi

Bugün TV

Mariya Zaxarova: “Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu