Sosial

Yeniyetmələr niyə aqressivdirlər?

“Pandemiya böyüklərlə yanaşı, yeniyetmələrə də mənfi təsir etdi. Onsuz da, elə bir dövrə gəlib çatmışıq ki, əvvəlki illərlə müqayisədə uşaqlar daha gərgin və aqressiv olublar. Buna səbəb ailədə dinlənilməmək, sevgisizlik və diqqətdən kənarda qalmaqdır. Belə olduğu halda, onlar özlərini zəif hiss edirlər. Nüfuzlarını qorumaq və ya cəmiyyətdə güclü görünmək üçün özləri ilə bıçaq gəzdirirlər. Bu da kənardan adekvat hərəkətlər və ya davranış pozunutusu kimi görünür.
Eyni zamanda, bu cür yeniyetmələr özlərini cəmiyyətdən təcrid edir, heç kimlə danışmırlar. Həyatlarında yaranan boşluğu sosial şəbəkə oyunları ilə doldurmağa çalışırlar. Ancaq bu onlarda əsəb, aqressiya və assosiallıq yaradır. Hər gün daha da uçuruma doğru gedirlər və bu heç də yaxşı nəticələnmir. Sonda ya qatil olurlar, ya da narkoman”. Bu sözləri Psixoloq Fərqanə Mehmanqızı Bugun.tv-yə açıqlamasında bildirib.
“Valideynlərə məsləhətim odur ki, övladları ilə dost olsunlar,onları dinləsinlər, sevgi göstərsinlər. Bütün problemləri ancaq dinləməklə həll etmək mümkündür.Bu zaman uşaqlarının hansı xarekterə malik olduğunu  biləcəklər və buna görə davranacaqlar. Əks halda, uşaqlar ailədə görmədikləri sevgini başqalarında axtaracaqlar. Bu da yeniyetmələrin evdən qaçmasına gətirib çıxaracaq”- deyə, psixoloq bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Kəlbəcərdə BƏDBƏXT HADİSƏ: Ölən var

Teymur Əziz

Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Aynur Camal

Ölkəmizdə su ilə bağlı ciddi problem var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu