Bugun.tv xəbər verir ki, İstanbulun Üsküdarında kökündən qopan 20 metr uzunluğundakı çinar yola düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Bir müddət trafikə bağlanan Çengelköy Prospekti, yıxılan ağac qaldırıldıqdan sonra yenidən trafikə açılıb.
TRT Haberin məlumatına görə, xəbəri alan yanğınsöndürənlər və Üsküdar Bələdiyyəsi qrupları hadisə yerinə gəldi.
Müxbir: Şəms Elnurqızı