Texnologiya

YouTube 21 yaşını tamamladı: Rəqəmsal yayımın nəhəngi

YouTube 21 yaşını tamamladı: Rəqəmsal yayımın nəhəngi

Yaradıldıqdan bu yana 21 ili geridə qoyan YouTube, Alphabet şirkəti çərçivəsində 2,7 milyard aktiv istifadəçisi ilə dünyanın ən böyük video paylaşım platforması kimi fəaliyyətini davam etdirir.

Yaradılış və ilk video
YouTube 14 fevral 2005-ci ildə üç keçmiş PayPal əməkdaşı Chad Hurley, Steve Chen və Jawed Karim tərəfindən kiçik bir qarajda qurulub. Quruluşdan təxminən iki ay sonra Karim tərəfindən yüklənmiş 19 saniyəlik “Me at the zoo” (Zooparkda mən) videosu internet tarixində ilk rəqəmsal mədəniyyət nümunəsi kimi qəbul edilir.

Google tərəfindən alınması və inkişafı
YouTube-un sürətli yüksəlişi Google-ın diqqətini çəkdi və 2006-cı ilin noyabrında platforma 1,65 milyard dollara satın alındı. 2007-ci ildə mobil cihazlarla uyğunluğu platformanın populyarlığını artırdı. 2010-cu illərdə məzmun yaradıcılarına reklam gəliri qazanmaq imkanı verilməsi ilə yeni iqtisadi sistem formalaşdı.

YouTube Premium və süni intellekt
Platforma, reklamsız izləmə və musiqi xidmətlərini əhatə edən YouTube Premium xidmətini 2018-ci ildə istifadəyə verdi. Bu gün isə məzmun yaradıcıları süni intellekt vasitəsilə mətn komandaları ilə video hazırlaya və ani tərcümələrlə sərhədləri aradan qaldıra bilirlər.

Müəllif hüquqları və məxfilik məsələləri
YouTube, Viacom-un 1 milyard dollarlıq müəllif hüquqları iddiası və uşaqların məlumatlarının qorunması ilə bağlı məsələlərdən keçib. Hazırda platforma milyardlarla dollarlıq süni intellekt yatırımları ilə idarə olunan yüksək təhlükəsizlikli video mərkəzinə çevrilib.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

İran münaqişəsi texnika və populyar məhsulların qiymətinə necə təsir edə bilər?

Aynur Camal

Avstraliya AI ilə bağlı axtarış sistemləri və tətbiq mağazalarını sərtləşdirə bilər

Aynur Camal

Samsung silikon-karbon batareya texnologiyalı smartfon üzərində işləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu