Baş xəbərDünya

Yük gəmisi 3000-dən çox nəqliyyat vasitəsi ilə batdı

ABŞ-da yanan 3000-dən çox avtomobili daşıyan yük gəmisi Alyaska sahillərində batıb.

ABŞ Sahil Mühafizəsinin məlumatına görə, iyunun 3-də “Morning Midas” yük gəmisində yanğın baş vermişdi.

Çin-Meksika səfərində olan Liberiya bayraqlı gəmidə baş verən yanğından sonra ekipaj ilk yardım çağırışı edib.

Yanğınsöndürmə və xilasetmə qrupları yanğından 1 həftə sonra yük gəmisinə çata bilib.

Xilasetmə əməliyyatları zamanı 22 nəfərlik ekipaj təxliyə edilib. Gəmidə baş verən yanğını söndürmək mümkün olmayıb.

3 həftə dənizdə sürüklənən “Morning Midas” bu həftənin əvvəlində Alyaskanın Adak şəhərindən təxminən 720 kilometr cənub-qərbdə çevrilib.

182 metr uzunluğundakı gəmi yükündəki 3048 avtomobillə təxminən 5000 metr dərinliyə batdı.

Hadisənin Şimali Sakit okean bölgəsində dəniz naviqasiyası təhlükəsizliyini poza biləcəyi və gəmidəki 1800 tondan çox yanacağın sızma potensialının olduğu bildirilib.

Bildirilib ki, yanğına gəminin yükündəki elektrik avtomobilləri səbəb ola bilər.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Aynur Camal

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu