Avstraliyada aparılan araşdırmada yüksək səviyyəli xolesterinin demens xəstəliyinə səbəb olduğu müəyyənləşib.
Bugun.tv Daily Mail qəzetinə istinadən bildirir ki, araşdırmaçılar yaşı 65-dən aşağı olan 1 milyondan çox insanın sağlamlıq məlumatlarını əldə ediblər.
Tədqiqatçılardan biri olan Dr. Aşiş Misra, ilk dəfə demensın yüksək xolesterol səviyyələri ilə əlaqəli olduğuna diqqət çəkib. O, nəticələri “oyunu dəyişdirən” bir inkişaf kimi qiymətləndirib..
O, pis xolesterinin qan-beyin baryerini keçən neyronlar arasında tau adlı zülal yığdığını və demensiyaya səbəb ola biləcəyini qeyd edib.
Yüksək xolesterin damar divarlarında lövhə əmələ gətirərək insult riskini artırır.
“Təəssüf ki, damarlardakı lövhələrdən xilas olmaq üçün möcüzəvi bir dərman yoxdur. Sağlamlıq yolu ilə onunla yaşamağı öyrənməliyik. Bunub üçün pəhriz mütləqdir”,- tədqiqatçı vurğulayıb.
“Demensiyanın erkən diaqnozunda böyük faydalar var. İlk dəfə yediklərimizlə koqnitiv zəifləmə arasında birbaşa əlaqə olduğunu söyləyə bilərik”,- Misra qeyd edib.
Avstraliyada artıq 487 500 nəfərdə demens olduğu və 65 yaşdan yuxarı hər 1000 nəfərdən 84-nün bu xəstəliyə tutulduğu bildirilir.