11 C
Baku
21 Aprel 2026, 14:14
Digər

Yunanıstan ilə Avropa İttifaqı arasında “İngiltərə” gərginliyi

Yunanıstan ilə Avropa İttifaqı arasında yeni rəqəmsal sərhəd qaydaları ilə bağlı fikir ayrılığı yaranıb. Afina bu yay mövsümü üçün ingilis turistlərdən biometrik məlumatların toplanması tələbinin dayandırıldığını açıqlayıb.

Yunanıstanın London səfirliyinin yaydığı məlumata görə, Britaniya pasportu daşıyan şəxslər sərhəd keçid məntəqələrində barmaq izi və üz tanıma prosedurlarından müvəqqəti azad ediləcək.

Bu qərar Avropa İttifaqının Giriş-Çıxış Sistemi qaydalarına ziddir. Belə ki, aprelin 10-dan qüvvəyə minən sistemə əsasən, üçüncü ölkə vətəndaşlarından biometrik məlumatların toplanması tələb olunur. Lakin Yunanıstanda ingilis turistlərin pasportları əvvəlki kimi əl ilə yoxlanılacaq və möhürlənəcək.Yunanıstan Milli Turizm Təşkilatının Böyük Britaniya üzrə direktoru Eleni Skarveli bildirib ki, bu addımın məqsədi turistlər üçün daha sürətli və rahat giriş təmin etməkdir. Onun sözlərinə görə, İtaliya və İspaniyada yeni sistem səbəbindən yaranan uzun növbələr və gecikmələr bu qərara təsir edib.

Hazırda Afina Beynəlxalq Hava Limanı daxil olmaqla bəzi məntəqələrdə ABŞ və Avstraliya kimi ölkələrdən gələn turistlər biometrik sistemdən istifadə etməyə davam edir, lakin britaniyalılar üçün istisna tətbiq olunur.

Brüsseldə isə bu qərar narazılıqla qarşılanıb. Avropa Komissiyası bildirib ki, müəyyən hallarda qısa müddətli istisnalar mümkündür, lakin konkret bir ölkənin vətəndaşlarına uzunmüddətli və ümumi güzəşt verilməsi mövcud hüquqi çərçivəyə uyğun deyil.Komissiya məsələ ilə bağlı Yunanıstandan rəsmi izahat gözlədiyini açıqlayıb.

Qeyd olunur ki, Yunanıstana səfər edən britaniyalı turistlərin sayı digər qeyri-AB ölkələrinin vətəndaşlarının ümumi sayından daha çoxdur. Bu da Afinanın iqtisadi səbəblərlə belə bir addım atmasına səbəb olub.

Ekspertlər hesab edir ki, bu qərar hava limanlarında britaniyalı turistlər üçün ayrıca keçid zolaqlarının yaradılmasına gətirib çıxara bilər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Təhsildən iş həyatına keçid” mövzusunda təlim keçirilib

Aynur Camal

ABŞ Konqresində müharibə əleyhinə etiraz: onlarla şəxs saxlanıldı

Aynur Camal

WSJ: Tramp əməliyyat zamanı əsəb gərginliyinə görə qərargahdan uzaqlaşdırılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu