Dünya

Yunanıstanın baş naziri qatar qəzasında həlak olanların ailəsindən bağışlanmasını istədi

Yunanıstanın baş naziri  Kiriakos Mitsotakis Larisa şəhərində baş vermiş qatar qəzasında həlak olan 57 nəfərin ailələrindən bağışlanmasını istəyib.

Bugun.tv xəbər verir ki, fevralın 28-də baş vermiş qəzaya görə paytaxt Afinada minlərlə insan nümayişə qoşulub. Aksiyada 12 min nəfər iştirak edib. Etirazçılarla  polis arasında toqquşmaların baş verdiyi bildirilir.

Bəzi nümayişçilər zibil qutularını yandırıblar. Onlar ölənlərin xatirəsinə səmaya yüzlərlə qara şar buraxıblar. Bəziləri isə əllərində “Qatil hökumətlərə lənət olsun!” yazılan lövhələr tutublar.

Qeyd edək ki, hadisə ilə bağlı 59 yaşlı stansiya rəisi ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunub. Vəkili Stefanos Pantsartzidis bildirib ki, o, qəzaya görə məsuliyyət daşıdığını etiraf edib.

Qeyd edək ki, hadisə ilə bağlı nəqliyyat naziri Kostas Karamanlis də ölən insanlara hörmət əlaməti olaraq istefa verib. Qəzadan dərhal sonra Yunanıstan hökuməti üç günlük milli matəm elan etdi. Qurbanların dəfn xərclərinin dövlət büdcəsindən ödəniləcəyini söylədi.

Mənbə: BBC

 

Bugün TV

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu